FİFA 2026-cı il dünya çempionatından əvvəl ofsayd qaydalarına dəyişiklik edə bilər.
Olimpnews.az xəbər verir ki, yeni qaydalar toplusu hazırda FIFA-nın Dünya Futbolunun İnkişafı üzrə direktoru vəzifəsində çalışan Arsen Venger tərəfindən hazırlanmış “Venqer Qanunu” kimi tanınır.
"Mundo Deportivo" nəşrində yer alan xəbərdə qeyd olunur ki, ofsayd yalnız hücumçu ilə müdafiəçi arasında görünən boşluq olduğu halda təyin ediləcək. Əgər hücumdakı futbolçunun müdafiəçi ilə ayağı bərabərdirsə, - o zaman ofsayd olmayacaq.
Məlumatda bildirilir ki, oktyabrın sonunda və ya noyabrda 23 futbolçu və 11 hakimdən ibarət ekspert komitəsi yeni təklifləri nəzərdən keçirəcək. Ən maraqlısı isə odur ki, təşəbbüsün təşəbbüskarı olan Venger özü bu komitəyə sədrlik edir. İdeya bu mərhələdən keçərsə, növbəti il yanvarın 20-də illik toplantıda təqdim olunacaq.