UEFA Frankfurt "Ayntraxt"ının UEFA Çempionlar Liqası çərçivəsində "Napoli" ilə matçın neytral yerə köçürülməsi tələbini rədd edib.
Buna görə də matç nəzərdə tutulduğu kimi noyabrın 4-də Neapolda, “Ayntraxt” azarkeşləri olmadan baş tutacaq. "Profis.eintracht.de" saytının məlumatına görə, yonaq kluba ayrılan, stadionun ümumi tutumunun 5 faizinə bərabər olan biletlərin satışı təhlükəsizlik baxımından yerli hakimiyyət orqanları tərəfindən qadağan edilib. UEFA artıq bəyan edib ki, bu cür halların sayının artması səbəbindən yarışların reqlamentinə dəyişiklik etməyi nəzərdən keçirə bilər.


