Lənkəranda minifutbol turniri keçirilib

Lənkəranda minifutbol turniri keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş 2012-2014-cü illər təvəllüdlü oğlanlar arasında minifutbol üzrə Lənkəran rayon turniri keçirilib.

Lənkəran şəhərinin Akademik Zərifə Əliyeva küçəsində yerləşən “Sağlam məhəllə” idman zonasında Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, Cənub Regional Futbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilə yarışda 16 komanda iştirak edib.

Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarışda I yeri  Kənarmeşə kənd tam orta məktəbin komandası tutub. II yeri  Lənkəran şəhər 2 saylı tam orta məktəbin komandası ikinci, III yeri isə  Sütəmurdov kənd tam orta məktəbin komandası qazanıb.

Birinci yeri tutan komanda kubok və diplomlarla, ikinci və üçüncü yerləri tutan komandalar isə diplomlarla təltif olunublar.