"Eyüpspor" doğma meydanda qələbə qazandı  

"Eyüpspor" doğma meydanda qələbə qazandı  

Futbol üzrə Türkiyə Super Liqasında 9-cu turun daha bir oyunu keçirilib. 
Olimpnews.az xəbər verir ki, "Eyüpspor" klubu doğma meydanda "Kasımpaşa" ile qarşılaşıb. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 
Qələbə sayəsində xallarının sayını 8-ə çatdıran "Eyüpspor" 14-cü, "Kasımpaşa" isə 9 xalla 11-cidir.