Çempionlar Liqası: III turun oyunlarına bu gün start veriləcək 

Çempionlar Liqası: III turun oyunlarına bu gün start veriləcək 

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının Liqa mərhələsində III turun oyunlarına start veriləcək.
Olimpnews.az xəbər verir ki, mərhələnin ilk oyun günündə azarkeşlər 9 qarşılaşma izləyəcəklər. Oyunlardan ikisi - "Barselona" (İspaniya) - "Olimpiakos" (Yunanıstan) və "Kayrat" (Qazaxıstan) - "Pafos" (Kipr) Bakı vaxtı ilə saat 20:45-də start götürəcək. Günün digər oyunları isə Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. "Arsenal" (İngiltərə) doğma meydanda "Atletiko"bu (İspaniya), "Bayer 04" (Almaniya) isə son çempion PSJ-ni (Fransa) qonaq edəcək. İspaniyanın digər təmsilçisi "Vilyarreal" İngiltərənin "Mançester Siti" klubu, Niderland PSV-si isə İtalya "Napoli"si ilə qarşılaşacaq. Dortmund  "Borussiya"sı Danimarkada Kopenhagen"in, ÇL-in son finalçısı "İnter" (İtalya) isə Belçikanın "Yunion" klubunun qonağı olacaq. İngiltərənin  "Nyukasl" (İngiltərə) klubu isə doğma meydanda "Benfika"nı (Portuqaliya) qəbul edəcək. 
Turun digər oyunları sabah keçiriləcək.