Ay dəyişdi, yer dəyişmədi

Ay dəyişdi, yer dəyişmədi

Beynəlxalq Şahmat Federasiyası (FİDE) mart ayı üçün tərtib etdiyi yeni reytinq cədvəlini açıqlayıb. Ənənəvi olaraq müxtəlif kateqoriyalar üzrə reytinq cədvəlində Azərbaycan şahmatçıları da yer alıblar.
Dünyanın ən güclü kişi qrossmeysterlərinin sıyahısında Şəhriyar Məmmədyarov 13-cü pillədəki yerini qoruyub. Onun aktivində 2757 xal var.
Teymur Rəcəbov əvvəlki cədvəllə müqayisədə üç pillə aşağı enərək 37-ci yerdə qərarlaşıb.
İlk yüzlükdə Rauf Məmmədov (84-cü yer) və Eltac Səfərlinin (90-cı yer) də adı var.
Reytinq cədvəlinə norveçli Maqnus Karlsen başçılq edir. Onun hesabında 2881 xal vardır.
Komanda hesabında Azərbaycanın yığma komandası 2624 xal ilə 12-ci yerdədir. Rusiya yığması 2744 xal ilə liderdir.