"Ştutqart" Avropada yeganə klubdur ki….

"Ştutqart" Avropada yeganə klubdur ki….

Almaniyanın "Ştutqart" klubu Bundesliqada uğurlu çıxışı ilə yadda qalıb.
Olimpnews.az "Opta Sports"un məlumatına istinadən xəbər verir ki, ötən həftəsonundan sonra komanda Avropanın beş yüksək liqasında öz meydanında qol buraxmayan yeganə komanda olaraq qalır.
Qeyd edək ki, "Ştutqart"  Bundesliqada doğma azarkeşlər önündə "Borussiya Mönhenqladbax”ı (1:0), “Sankt Pauli”ni (2:0) və “Haydenhaym”ı (1:0) məğlub edib. Hazırda onlar Bundesliqada 15 xalla üçüncü pillədə qərarlaşıblar.