Kral klubu "Qartallar"a təklif göndərib

Kral klubu "Qartallar"a təklif göndərib

"Kristal Pelas"ın mərkəz müdafiəçisi Mark Quehi yanvarda Madrid "Real"ına keçə bilər. Olimpnews.az xəbər verir ki, "Real Madrid Conficial"a görə, klub qış transfer pəncərəsində Quehi üçün "qartallar"a rəsmi təklif göndərəcək. Təklifin təxminən 30 milyon avro olacağı gözlənilir. Qeyd edək ki, Quehi bu mövsüm bütün turnirlərdə 13 matçda meydana çıxıb, bir qol və iki məhsuldar ötürmə edib.