"Old Trafford"da qalmaq üçün güzəştə gedəcək

"Old Trafford"da qalmaq üçün güzəştə gedəcək

"Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr "Old Trafford"dakı müqaviləsini uzatmaq üçün maaşını azaltmağa hazırdır. 
Olimpnews.az xəbər verir ki, onun hazırki müqaviləsi 2025/2026 mövsümünün sonuna qədərdir.
Qeyd edək ki, 2019-cu ilin yayından “Mançester Yunayted”in şərəfini qoruyan Maquayr indiyə qədər 254 oyuna çıxıb, 17 qol və 9 məhsuldar ötürmə edib.