Posteglou A Seriyasında işləyə bilər

Posteglou A Seriyasında işləyə bilər

Bu yaxınlarda "Nottinqem Forest"dən uzaqlaşdırılan baş məşqçi Ange Posteglounun A Seriyasında işləmək imkanı var. 
Olimpnews.az jurnalist Nikolo Şiranın sözlərinə istinadən xəbər verir ki, avstraliyalı mütəxxəsis "Yuventus" tərəfindən nəzərdən keçirilir. Belə ki, "Qoca sinyora" İqor Tudorun fəliyyətindən narazıdır. 
Qeyd edilir ki, Posteglou çox güman ki, Turin klubundan uzunmüddətli müqavilə tələb edəcək. 
"Yuventus" isə yeni məşqçi ilə qısamüddətli müqaviləyə üstünlük verir.