"Qalatasaray" ardıcıl ikinci qələbəsini qazandı 

"Qalatasaray" ardıcıl ikinci qələbəsini qazandı 

Türkiyənin "Qalatasaray" klubu futbol üzrə UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyununu keçirilib. 

Olimpnews.az xəbər verir ki, İstanbul təmsilçisi üçüncü tur çərçivəsində "Budyo Qlimt"lə üz-üzə gəlib. Oyun "Qalatasaray"ın 3:1 hesabı ilə başa çatıb. "Sarı-lacivərdlilər"in heyətində Viktor Osimhen (3, 33) və Yunus Akgün fərqlənib. 76-cı dəqiqədə isə Norveç təmsilçisinin futbolçusu  Andreas Gelmesen buraxılan qollardan birinin əvəzini çıxıb. 

Beləliklə, "Qalatasaray" klubu Liqa mərhələsində ardıcıl ikinci qələbəsini qazanıb.