Mərakeşli futbolçu vətəninə qayıdır 

Mərakeşli futbolçu vətəninə qayıdır 

Dörd aydır azad agent olan mərakeşli futbolçu Hakim Ziyeş yenidən vətəninə dönür. 
Olimpnews.az xəbər verir ki, 32 yaşlı futbolçu Mərakeş təmsilçisi "Vidad Kasablanka" klubu ilə bütün şərtlərdə razılıq əldə edib.  O, son olaraq Qətər təmsilçisi "Əl-Duhail" klubunun uğurları üçün çalışıb. 
Qeyd edək ki, Hakim Ziyeş karyerası ərzində "Heerenveen", "Tvente", "Ajaks", "Çelsi", "Qalatasaray" kimi klublarda forma geyinib.