Vembanyamadan möhtəşəm qayıdış

Vembanyamadan möhtəşəm qayıdış

Bakı vaxtilə oktyabrın 22-dən 23-nə keçən gecə "Dallas Maveriks" və "San-Antonio Spyers" komandaları üz-üzə gəliblər. 
Olimpnews.az xəbər verir ki, Texas ştatının Dallas şəhərindəki "American Airlines" Mərkəzində keçirilən görüşdə qonaqlar 125-92 hesabı ilə qalib gəlib. San Antonio klubunun fransalı lideri Viktor Vembanyama 40 xal, 15 ribaund və 1 məhsuldar ötürmə ilə dubl-dabl edib. Meydan sahiblərinin heyətində Entoni Devis 22 xal, 13 ribaund və bir məhsuldar ötürmə ilə dubl-dablla yadda qalıb.