PSJ mərkəz müdafiəçisi Villian Paço müqaviləsini uzatmağa hazırdır. Jurnalist Nikolo Şiranın sözlərinə görə, tərəflər artıq yeni müqavilənin şərtlərini razılaşdırıblar. Müqavilə 2030-cu ilin ortalarına qədər davam edəcək.
Qeyd edək ki, ekvadorlu futbolçu Paris klubuna 2024-cü ilin avqustunda Frankfurt “Ayntraxt” klubundan 40 milyon avroya keçib. 24 yaşlı futbolçunun klubla hazırkı müqaviləsi 2029-cu ildə başa çatır.