Türkiyənin "Samsunspor" klubu futbol üzrə UEFA Konfrans Liqasının Liqa mərhələsində ikinci oyununu keçirib.
Olimpnews.az xəbər verir ki, doğma meydanda Ukraynanın "Dinamo Kiyev" klubu ilə qarşılaşan Samsun təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.
meydan sahiblərinin heyətində Antoni Musaba (2), Marius Mondilmaci (34) və Karlo Holse (62) fərqlənib. Türkiyə klubu qələbə sayəsində xallarının sayını 6-ya çatdıraraq beşinci pilləyə yüksəlib. Aktivində xalı olmayan Kiyev təmsilçisi isə 34-cüdür.


