Bu gün futbol üzrə Misli Premyer Liqasında IX turun oyunlarına start veriləcək.
Olimpnews.az xəbər verir ki, günün ilk oyun günündə iki qarşılaşma təşkil olunacaq.
Tura Şamaxıda start veriləcək. "Karvan-Yevlax" klubu "Turan Tovuz"u qəbul edəcək. Şamaxı şəhər stadionunda keçiriləcək oyunun start fiti saat 14:30-da səslənəcək. Oyunu Elvin Bayramov idarə edəcək.
Günün ikinci oyunu isə Qəbələ şəhər stadionunda keçiriləcək "Kəpəz" - "İmişli" komandaları arasında olacaq. Kamal Umudlunun idarə edəcəyi qarşılaşmaya saat 17:00-da start veriləcək.
Qeyd edək ki, turun növbəti oyunları oktyabrın 25-26-da keçiriləcək.


