Qadınlar arasında Azərbaycan çempionatında
Respublika Şahmat Mərkəzində qadınlar arasında Azərbaycan çempionatında 8-ci turun oyunları başa çatıb.
Hesabat turunda yalnız Gülnar Məmmədova və Səhər Hüseynova qarşılaşması sülhlə başa çatıb. Digər oyunlarda isə "qaralar”ın qələbəsi qeydə alınıb.
Səkkizinci turdan sonra Aytən Əmrayeva 6,5 xalla vahid liderdir. Xəyalə Abdulla 6 xalla ikinci, Gülnar Məmmədova və Səbinə İbrahimova isə hərəyə 5,5 xal toplayaraq üçüncü-dördüncü yerləri bölüşdürürlər.
Digər iştirakçılardan Nərgiz Umudova və Günay Məmmədzadə hərəyə 4,5, Türkan Məmmədyarova 4, Səhər Hüseynova və Nərmin Kazımova hərəyə 3,5, Nərmin Xələfova 3, Səbinə Quliyeva 1, Zeynəb Məmmədyarova isə 0,5 xal toplayıblar.
Dairəvi sistemlə keçirilən 11 turdan ibarət çempionat martın 15-də başa çatacaq