"Azərreyl" Çempionlar Liqasında növbəti oyununa çıxır

"Azərreyl" Çempionlar Liqasında növbəti oyununa çıxır

Bu gün kişi voleybolçulardan ibarət “Azərreyl" klubu Çempionlar Liqasının ilkin mərhələsinin növbəti oyununa çıxacaq.

Olimpnews.az xəbər verir ki, komandamız Serbiya səfərində “Radniçki” klubu ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da “Jezero” arenasında baş tutacaq.

Komandamız bu turu keçəcəyi təqdirdə növbəti mərhələdə “TSV Raiffeisen Hartberg” və “AKAA Volley” klublarının qalibi ilə qarşılaşacaq. Təmsilçimiz mərhələni keçə bilməsə, CEV Kubokunda 1/32 finaldan mübarizəyə qoşulacaq. Bu turnirdəki rəqib isə “ACH Volley Ljubljana” və “Orion Stars Doetinchem” cütünün qarşılaşmasının məğlub komandası olacaq.

Qeyd edək ki, “Azərreyl” Bakıda keçirilən ilk oyunda “Radniçki” klubuna 0:3 hesabı ilə uduzub.