Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının oyunları təxirə salınıb.
Olimpnews.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb qadın voleybolçulardan ibarət Azərbaycan millisinin noyabrın 7-21-i aralığında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarında iştirakıdır.
Klublarda çıxış edən məşqçi və voleybolçuların milliyə cəlb olunmasını nəzərə alaraq, Yüksək Liqanın oyunları noyabrın 18-nə qədər təxirə salınıb.


