«Red Bull Rasinq» komandası 2026-cı il mövsümü üçün avtomobilini 15 yanvar 2026-cı ildə təqdim edəcək.
GPBlog-un məlumatına görə, yeni avtomobilin təqdimatı komandanın yeni mühərrik istehsalçısı «Ford»un baş ofisinin yerləşdiyi ABŞ-ın Detroyt şəhərində keçiriləcək.
Xatırladaq ki, 2026-cı ilin ilk sınaqları 26-30 yanvar tarixlərində Barselonada keçiriləcək. Bu sınaqlar qapalı qapılar arxasında keçiriləcək. Komandalar yeni mövsümün başlamazdan əvvəl üç günlük üç sınaq sessiyası keçirəcəklər. İkinci sınaqlar isə 11-13 fevral tarixlərində Bəhreyndə keçiriləcək. Üçüncü və son sınaqlar da 18-20 fevral tarixlərində orada təşkil olunacaq.


