Yeni Zelandiyanın Oklend şəhərindəki «Waikumete» qəbiristanlığında avtoidman əfsanəsi Brus Maklaren və ailəsinin məzarları təhqir edilib. Olimpnews.az Stuff.co.nz saytına istinadən xəbər verir ki, vandallar oyuncaq avtomobilləri baş daşlarına yapışdırmağa çalışıb, qoruyucu təbəqəni çıxarıb və məzar daşlarını qızılı boya ilə boyayıblar. Qeyd edək ki, Maklaren 1970-ci ildə 32 yaşında sınaq zamanı vəfat edib. 2016-cı ildə vəfat edən həyat yoldaşı Patrisiya, eləcə də sürücünün valideynləri, bacısı və qayını da Oklend qəbiristanlığında dəfn olunub.
Məlumata görə, Oklend Qəbiristanlığı İdarəsi vandalların hərəkətlərini pisləyib və qəbiristanlıqda videonəzarətin artırılacağını qeyd edib.


