İtaliyanın təkər istehsalçısı olan "Pirelli" 2025 mövsümünün sonuncu, 23-cü Formula 1 mərhələsində dövrə limiti tətbiq etməyi planlaşdırır.
Olimpnews.az "Auto Motor und Sport"un məlumatına istinadən xəbər verir ki, "Pirelli" yarış zamanı artan aşınma və partlamaların qarşısını almaq üçün Qətərdə təkərlərə məcburi dövrə limiti tətbiq etmək barədə komandalarla danışıqlar aparır. Lakin bununla da pilotlar yarış zamanı ən azı iki pit-stop etməyə məcbur olacaqlar. Lakin "Pirelli" rəsmi olaraq müəyyən sayda məcburi dayanacaq təyin etmək istəmir.


