Azərbaycan komandası Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında daha bir medal qazanıb.
Olimpnews.az xəbər verir ki, komandamızın heyətində Aytac Qardaşxanlı cüdo yarışlarında -70 kq çəki dərəcəsində bürünc medala sahib çıxıb. Mübarizəyə 1/4 final mərhələsindən başlayan cüdoçumuz ilk görüşdə itanlı Maryam Barbata qalib gəlsə də, yarımfinalda özbəkistanlı Xurşida Razzokberdiyeva məğlub olub. Bürünc medal uğrunda qarşılaşmada Səudiyyə Ərəbistanı təmsilçisi Fay Alslbouda qalib gələn Aytac Qardaşxanlı fəxri kürsünün üçüncü pilləsində yer alıb.


