“Lamborghini” fransalı pilotla vidalaşdı

“Lamborghini” fransalı pilotla vidalaşdı

IMSA idman avtomobilləri seriyasında yarışan İtaliyanın “Lamborghini” komandasının mətbuat xidməti keçmiş Formula 1 pilotu və komanda yoldaşı Roman Qrojana vida məktubu göndərib. "2023-cü ildə Almeriyada ilk dövrələrindən, rəsmi olaraq ilk dəfə “Lamborghini” SC63-ün sükanı ilə 2024-cü ildə əfsanəvi “Le Manda 24 saat” yarışına qədər sizin səyahətiniz müxtəlif anlarla zəngin olub. Amma indi vidalaşmağın vaxtı gəlib çatıb... Roman, komandamıza gətirdiyin ehtiras, istedad və fədakarlıq üçün təşəkkür edirəm. Asfaltda görüşənədək!" - deyə komandanın mətbuat açıqlamasında bildirilir.
Qeyd edək ki, Qrosjanın karyerasının növbəti mərhələsi hələ də məlum deyil.