“McLaren” 18 yaşlı italiyalı pilotla razılıq əldə edib 

“McLaren” 18 yaşlı italiyalı pilotla razılıq əldə edib 

“McLaren” 18 yaşlı italiyalı pilot Matteo de Palonun Gənclər Akademiyasına qəbul edib. 
Olimpnews.az xəbər edir ki, Matteo kartinq karyerasına 2016-cı ildə 60 Mini, OK-Junior və OK junior seriyalarında yarışara başlayıb. O, WSK Super Master seriyasında birinci yeri tutub və “FIA Karting Academy Trophy” mükafatını qazanıb. 2025-ci ildə Matteo Trident ilə FRECA yarışında iştirak edərək, dörd yarışda birinci olub. Qeyd edək ki, gənc pilot Makao yarışında “McLaren komandası üçün yarışacaq, daha sonra isə 2026 mövsümündə Formula 3-ə yüksələcək.