FİA (Beynəlxalq Avtomobil Federasiyası) quruma giriş haqqı sistemini dəyişdirəcək.
Olimpnews.az xəbər verir ki, bununla da komanda ödənişlərini beş il ərzində 75 milyon dollar artıracaq. Tanınmış jurnalist Co Seyvudun "Joeblogsf1" bloqunda bildirdiyi kimi, komandalar bu vəsaitlərin necə istifadə olunacağına dair aydınlıq tələb edirlər. Məlumatda vurğulanır ki, əsas dəyişiklik bölüşdürmə prinsipi ilə bağlıdır. Əvvəllər ödənişlər çempionatda qazanılan xalların sayına əsasən hesablanırdı ki, bu da lider və geridə qalan komandalar arasında əhəmiyyətli fərqə səbəb olurdu. İndi ödənişlər yenidən bölüşdürüləcək. Yəni güclü komandalar daha az, orta sahə komandaları isə daha çox pul alacaq.


