Pedri yaşıl meydanlara qayıdır 

Pedri yaşıl meydanlara qayıdır 

"Barselona"nın futbolçusu Pedri yaxın günlərdə yaşıl meydanlara qayıda bilər. 
Olimpnews.az xəbər verir ki, gənc futbolçunun sağalma prosesi olduqca yaxşı irəliləyir. O, gözləniləndən 2 həftə öncə geri qayıda, "Atletik"lə oyunda bir neçə dəqiqə oynaya bilər. Amma klub, xüsusilə Rafinyanın zədəsinin təkrarlanmasından sonra onunla ehtiyatlı davranmağı üstün tutur. O, özünü yaxşı hiss edir, heç bir problem olmadan məşq edir. Yarımmüdafiəçinin "Atletiko Madrid" və "Çelsi" klubu ilə oyunlarda heyətdə olması gözlənilir.