Qəbələdə qaliblər mükafatlandırılıblar

Qəbələdə qaliblər mükafatlandırılıblar

Qəbələ rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə kişilər arasında şahmat üzrə rayon turniri keçirilib.
Turnirin bağlanış mərasimində çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov bildirib ki, bu turnirin keçirilməsində məqsəd şahmatın kütləviliyini təmin etmək, rayonun yığma komandasının tərkibini müəyyən etməkdən ibarətdir. Turnirdə 50-ə yaxın həvəskar iştirak edib. Yarışda Vəndam qəsəbə sakini Araz Alməmmədov I yeri, Bum qəsəbə sakini Əlövsət Məmmədov II yeri, Qəbələ şəhər sakini İsrafil Əliyev III yeri tutublar.
Sonda qaliblərə kubok və diplomlar təqdim edilib.