Cüdoçularımız Antalyada fərqləndilər

Cüdoçularımız Antalyada fərqləndilər



Antalyada yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışları keçirilib. Yarışda Azərbaycan milli komandası da mübarizə aparıb.
Turnirdə millimizin üzvlərindən Hidayət Heydərov (66 kq), Samir Ağayev (73 kq) və Leyla Əliyeva (44 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Cüdoçularımızdan Murad Heydərli (60 kq), Eldar Soltanov (66 kq), Musa Şarəliyev (90 kq) gümüş medala sahib çıxıblar. Rüfət Tağızadə (60 kq) isə bürünc medala yiyələnib.
Azərbaycan millisi ümumi komanda hesabında ikinci olub.