Azərbaycanın kişi voleybolçulardan ibarət "Azərreyl" klubu CEV Kubokunda bu gün 1/32 final mərhələsinin cavab oyununa çıxıb.
Niderlandda "Orion Stars"ın qonağı olan təmsilçimiz 0:3 hesabı ilə uduzub.
Qeyd edək ki, Bakıda keçirilən ilk görüşdə Niderland təmsilçisi 3:1 hesabı ilə qalib gəlmişdi.


