Ev sahibi qonaqla bacarmadı

Ev sahibi qonaqla bacarmadı


Martın 13-də Rusiyanın Xantı-Mansiysk şəhərində start şahmat üzrə iddiaçılar turnirinə start verilib.
Xəbər verdiyimiz kimi, qrossmeysterimiz Şəhriyar Məmmədyarov bu yarışda Vişvanatan Anand (Hindistan), Vladimir Kramnik Dmitri Andreykin (hər ikisi Rusiya), Veselin Topalov (Bolqarıstan), Levon Aronyan (Ermənistan), Sergey Karyakin və Pyotr Svidler (hər ikisi Rusiya) kimi güclü şahmatçılara qarşı mübarizə aparır.
Ötən sayımızda yarışın ilk turu barəsində məlumat vermişdik. Birinci turda bolqarıstanlı Veselin Topalov görüşdə heç-heçəyə razılaşan şahmatçımız hələ ki, xal qazana bilmir. Növbəti turda təmsilçimiz ermənistanlı Levon Aronyana uduzub. 3-cü turda Şəhriyar hindistanlı keçmiş dünya çempionu Vişvanatan Anandla görüşü də məğlubiyyətlə başa vurub. O, növbəti turda rusiyalı Dmitri Andreykinlə üz-üzə gəlib. Şahmatçımız bu qarşılaşmanı öz xeyirinə başa vurub.
Qeyd edək ki, əsasnaməyə görə, şahmatçılar bir-biri ilə 2 dəfə (həm ağ, həm də qara fiqurlarla) üz-üzə gələcəklər.
Turnirin qalibi dünya şahmat tacı uğurunda görüşdə hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen ilə oynayacaq.
Ümumilikdə 14 turdan ibarət olan turnirə aprelin 1-də ekun vurulacaq.
1-ci tur
Dmitri Andreykin - Kramnik - 0,5:0,5
Sergey Karyakin - Petr Svidler - 0,5:0,5
Şəhriyar Məmmədyarov - Veselin Topalov - 0,5:0,5
Vişvanatan Anand - Levon Aronyan- 1:0

2-ci tur
Vladimir Kramnik - Sergey Karyakin - 1:0
Petr Svidler - Dmitri Andreykin - 1:0
Veselin Topalov - Vişvanatan Anand - 0,5:0,5
Levon Aronyan - Şəhriyar Məmmədyarov - 1:0

3-cü tur
Dmitri Andreykin - Sergey Karyakin - 0,5:0,5
Petr Svidler - Vladimir Kramnik - 0,5:0,5
Veselin Topalov - Levon Aronyan - 0,5:0,5
Şəhriyar Məmmədyarov - Vişvanatan Anand - 0:1

4-cü tur
Şəhriyar Məmmədyarov - Dmitri Andreykin - 1:0
Sergey Karyakin - Veselin Topalov - 0,5:0,5
Levon Aronyan - Petr Svidler - 1:0
Vişvanatan Anand - Vladimir Kramnik - 0,5:0,5

4 turdan sonra turnir cədvəli:
1. Anand - 3 xal; 2-3. Aronyan, Kramnik - 2,5 xal; 4-5. Svidler, Topalov - 2 xal; 6-7. Məmmədyarov, Karyakin - 1,5 xal; 8. Andreykin - 1 xal.