"Sambaçı" karyerasını başa vurdu 

"Sambaçı" karyerasını başa vurdu 

İngiltərənin "Mançester Siti"  klubundakı çıxışı ilə yaddaşlarda qalan 40 yaşlı braziliyalı futbolçu Fernandinyo peşəkar futbolçu karyerasını yekunlaşdırıb. 
Olimpnews.az xəbər verir ki, bu barədə futbolçu özü sosial şəbəkə hesabında məlumat verib. 
“Artıq yorulmuşam. Təxminən 30 dəqiqə qaçdım və tamamilə tükəndim. Futbolda məni motivasiya edən heç nə qalmayıb. Bacardığım hər şeyi qazandım. İndi isə ailəmlə zaman keçirməkdən həzz almağın vaxtıdır”, - deyə "sambaçı" bildirib.