"Real Madrid" onun evidir"

"Real Madrid" onun evidir"

PSJ-nin sağ cinah müdafiəçisi Əşrəf Hakiminin agenti Alexandro Kamanyo mərakeşli oyunçunun Madrid "Real"na qayıtması ilə bağlı fikirlərə aydınlıq gətirib. "Hakiminin "Real Madrid"ə qayıtması? O, axı Parisdə xoşbəxtdir. PSJ ilə müqaviləsi 2029-cu ilə qədərdir. Lakin futbolda mümkün olmayan heç nə yoxdur. "Real Madrid" onun evidir", - deyə Kamanyo «SportMediaset»ə verdiyi müsahibədə bildirib. Məlumat üçün bildirək ki, Hakimi 2021-ci ildən bəri Paris klubunun şərfəini qoruyur. Mərakeşli futbolçu karyerasına Kral Klubunda başlayıb. 2020-ci ildə Milan "İnter"inə keçməzdən əvvəl cəmi 14 il orada çıxış edib.