"Yuventus"un müdafiəçisi də zədələnib

"Yuventus"un müdafiəçisi də zədələnib

"Yuventus"un 31 yaşlı müdafiəçisi Daniele Ruqani zədə səbəbindən ən azı bir neçə həftə yaşıl meydanlarda görünməyəcək. "Gazzetta dello Sport"un məlumatına görə, təcrübəli oyunçuya sağ ayağında əzələ zədəsi diaqnozu qoyulub. 

Qeyd edək ki, Ruqani bu mövsüm A Seriyasının beş matçında meydana çıxıb.