Xəbər verdiyimiz kimi “Red Bull Rasinq” komandasının 28 yaşlı niderlandlı pilotu Maks Verstappen Las Vegas Qran-Prisində 69-cu qələbəsini qazandı. Maraqlıdır ki, bütün “Ferrari” sürücüləri 2005-ci il mövsümünün əvvəlindən bəri cəmi 66 yarış qazanıblar. 2005-ci ildə əfsanəvi alman pilot Mixael Şumaxer İndianapolis yarışında qalib gəlib ki, bu da həmin il pilotun yeganə qələbəsi kimi yadda qalıb. Məlumat üçün bildirək ki, “Ferrari”nin Mixaeldən başqa digər 65 qələbəsini Felipe Massa, Fernando Alonso, Kimi Raikkonen, Sebastian Fettel, Şarl Lekler və Karlos Sayns əldə edib.
Verstappen bütün “Ferrari” pilotlarından daha çox qələbə qazanıb


