Bu gün futbol üzrə İspaniya La Liqasında 15-ci turun oyunlarına start veriləcək.
Olimpnews.az xəbər verir ki, turun açılış oyununda "Barselona" klubu doğma meydanda liderlik uğrunda mübarizə aparan "Atletiko" klubunu qəbul edəcək. Oyunun start fiti Bakı vaxtı ilə saat 00:00-səslənəcək. Komandalar bu günə qədər 247 oyunda üz-üzə gələcək. Bu oyunlardan 110-da "Barselona", 89-də "Atletiko" qələbə qazanıb. 57 matçda isə qalib müəyyənləşməyib. Qol nisbəti isə 460:363-ə "Barselona"nın xeyrinədir.
La Liqada 15-ci tur derbi ilə başlayır


