"Barselona" "Atletiko"ya qalib gələrək xal fərqini artırdı

"Barselona" "Atletiko"ya qalib gələrək xal fərqini artırdı

Futbol üzrə İspaniya La Liqasında 15-ci turun oyunlarına start verilib. 

Olimpnews.az xəbər verir ki, turun açılış oyununda "Barselona" klubu "Noukamp"da Madrid "Atletiko"sunu qəbul edib. Oyun Kataloniya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda hesabı madridlilər açıb. Aleks Baena Dieqo Simeonenin komandasını hesabda irəli çıxarıb. Lakin 6 dəqiqə sonra Rafinya hesabı bərabərləşdirib. Hans Flikin komandası matçın ikinci hissəsində hesabı öz xeyrinə dəyişməyi bacarıb. Əvvəlcə Dani Olmo hesabı 2:1 edərək "Barselona"nı hesabda irəli çıxarıb. Matçın 96-cı dəqiqəsində isə Ferran Torres matçda yekun hesabı müəyyənləşdirib -3:1. Beləliklə "Barselona" klubu qələbə sayəsində xallarının sayını 37-yə çatdıraraq birinci pillədəki mövqeyini mohkəmləndirib. Bununla da bir oyun az keçirən ikinci pillədəki "Real"la xal fərqini 4-ə yüksəlib. "Atletiko" isə 31 xalla dördüncüdür.