Braziliyalı futbolçu Neymarın "İnter Mayami" klubuna keçidi baş tutmayıb.
Olimpnews.az xəbər verir ki, buna səbəb ABŞ təmsilçisinin "sambaçı"nın transferindən imtina etməsi olub.
Qeyd edək ki, daha əvvəl 33 yaşlı futbolçunun yanvar ayında ABŞ-a yollanacağı və keçmiş komanda yoldaşları olan Messi və Suareslə birgə çıxış edəcəyi qeyd edilirdi.
Xatırladaq ki, Messi, Suares və Neymar üçlüsü daha əvvəl 2014-2017-ci illərdə "Barselona" klubunda çıxış edib.


