Dani Olmo üçün 2025-ci il başa çatdı

Dani Olmo üçün 2025-ci il başa çatdı

"Barselona" klubunun futbolçusu Dani Olmo zədələnib.

Olimpnews.az xəbər verir ki, ispaniyalı futbolçu ötən gecə La Liqanın 15-ci turu çərçivəsində "Atletiko" klubu ilə oyunda sıradan çıxıb. Çiynindən zədə alan 27 yaşlı yarımmüdafiəçi 3 həftə yaşıl meydanlardan kənarda olacaq. Bu o deməkdir ki, 2025-ci il artıq futbolçu üçün başa çatdı.