"McLaren"in pilotu Oskar Piastrinin anası Nikol Piastri gələn mövsüm "Red Bull"un ehtiyat pilotu olacaq yaponiyalı pilot Yuki Tsunodaya dəstək nümayiş etdirib.
"Səni sevirəm çox bəyənirəm Yuki", - deyə Nikol sosial media səhifəsində yazıb.
Xatırladaq ki, Tsunodanın "Red Bull"un əsas komandasındakı yerini İsak Hacar tutacaq. Fransalı pilotu "Rasinq Bulls"da Formula 2 pilotu Arvid Lindblad əvəz edəcək.
Məlumat üçün bildirək ki, Tsunoda 2025-ci ildə Yaponiya Qran Prisindən əvvəl "Rasinq Bulls"dan "Red Bull"a keçib. O, Avstriya komandasında yeni zelandiyalı Liam Lousonu əvəz edib. Louson də öz növbəsində "Racinq Bulls"a qoşulub.


