"Sassuolo"nun veteran futbolçusu Domeniko Berardi "Komo" ilə matçda (0:2) ciddi zədə alıb.
Olimpnews.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o beş oyun yaşıl meydanlardan kənarda qalacaq. Berardinin 2026-cı ilin yanvar ayının əvvəlində Turində «Yuventus»a qarşı oyun üçün meydana qayıdacağı nəzərdə tutulub.
Qeyd edək ki, Berardi 2012-ci ildən etibarən «Sassuolo»da çıxış edir.


