"Real" bu dəfə Frankfurta boylanıb

"Real" bu dəfə Frankfurta boylanıb

"Ayntraxt"ın müdafiəçisi Nataniel Braun karyerasını İspaniya La Liqasında davam etdirə bilər.  

Olimpnews.az "Sky Sport Germany"nin məlumatına istinadən xəbər verir ki, Madrid "Real"ı 22 yaşlı futbolçunun transferini 2026-cı ilin yayında həll etmək üçün danışıqlara başlayıb. Frankfurt klubu gənc müdafiəçiyə hazırda  60-70 milyon avro qiymət qoyub. Braun klubla 2030-cu ilin ortalarına qədər müqavilə bağlayıb.