Bu il Yaxın Şərqdə «İlin oyunçusu» («Globe Soccer Awards») mükafatına namizədlərin adları açıqlanıb.
Olimpnews.az xəbər verir ki, siyahıya dörd futbolçunun adı yer alıb. Belə ki, namizədlər arasında Kriştiano Ronaldo («Əl-Nəsr»), Kərim Benzema («Əl-İttihad»), Riyad Mahrez («Əl-Əhli») və Salem Əl-Dovsarinin («Əl-Hilal») adları göstərilib.
Məlumat üçün bildirək ki, «Globe Soccer Awards» futbolda ən böyük nailiyyətlərə imza atan şəxslərin illik mükafatlandırma mərasimidir. Qaliblər müxtəlif kateqoriyalar üzrə səsvermə yolu ilə müəyyən edilir.
Keçən il Kriştiano Ronaldo bu mükafata layiq görülmüşdü.


