"Heç kim "Real"dan getmək istəməz"

"Heç kim "Real"dan getmək istəməz"

Madrid "Real"ının niderlandlı futbolçusu Uesli Sneyder illər sonra "Kral klubu"ndan ayrılmasından danışıb.

Olimpnews.az xəbər verir ki, keçmiş futbolçunun müsahibəsindən bir parçanı oxuuclara təqdim edirik. "Düşünürəm ki, mental olaraq ideal durumda deyildim. Amma ayrılmaq istəmirdim. Axı heç kim "Real"dan getmək istəməz. İlk mövsümüm möhtəşəm keçdi, amma şəxsi problemlərim ikinci mövsümə ciddi təsir etdi. Daha sonra Kaka, Kərim Benzema, Xabi Alonso, Kiştianu Ronaldo kimi dünya səviyyəli futbolçular komandaya qoşuldu və təbii ki, bəzi oyunçuların getməsi lazım idi. Həmin siyahıda mən də var idim”, - deyə Sneyder bildirib.