"Real" Bilbao səfərindən 3 xalla qayıdır

"Real" Bilbao səfərindən 3 xalla qayıdır

Futbol üzrə İspaniya La Liqasında 15-cu turun oyunları davam edir. 

Olimpnews.az xəbər verir ki, turun ikinci oyun günündə Madridin "Real" klubu Bilbao səfərinə yollanıb. "Kral klubu" bu dəfə "Atletik"in qonağı olub. Oyun Xabi Alonsonun komandasının böyükhesablı qələbəsi ilə yekunlaşıb - 0:3. Madridlilərin heyətində Kilian Mbappe (7, 59) və Eduardo Kamavinqa (42) fərqlənib. "Real" klubu qələbə sayəsində xallarının sayını 36-ya çatdırıb və əzəli rəqibi "Barselona"dan bir xal geri qalır. "Basklar" isə 20 xalla turnir cədvəlinin 8-ci pilləsində yer alır.