"Flamenqo" Braziliya çempionudur!

"Flamenqo" Braziliya çempionudur!

"Flamenqo" ölkə çempionatının başa çatmasına bir oyun qalmış Braziliya çempionu olub.

Olimpnews.az xəbər verir ki, Bakı vaxtilə səhər saatlarında keçirilən görüşdə Rio-de-Janeyro klubu Braziliya A Seriyasının 37-ci turunun ev oyununda "Marakana"da "Seara"nı 1:0 hesabı ilə məğlub edib. Oyunda yeganə qolu yarımmüdafiəçi Samuel Lino (37 dəqiqə) vurub. Məlumat üçün bildirək ki, "Flamenqo" 37 matçdan 78 xal toplayaraq, ən yaxın izləyicisi "Palmeyras"ı beş xal qabaqlayıb.