"Barselona" klubunun futbolçusu Fermin Lopez zədəsini sağaltmaq üzrədir.
Olimpnews.az klubdan verilən məlumata istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi artıq məşqlərə başlayıb.
O, La Liqanın 16-cı turu çərçivəsində keçiriləcək "Real Betis" ilə oyunda meydanda olacaq.
"Barselona"nın yarımmüdafiəçisi geri qayıdır


