Arsen Venger DÇ-2026-nın favoritini açıqladı

Arsen Venger DÇ-2026-nın favoritini açıqladı

"Futbol üzrə Fransa milli komandası DÇ-2026-nın açıq-aşkar favoritidir" Bu sözləri İngiltərənin "Arsenal" futbol klubunun keçmiş baş məşqçisi Arsen Venger "Mirror" qəzetinə verdiyi müsahibədə bildirib.
"İngiltərə də mundialın favoritlərindən biri olacaq. Onlar həmişə qələbəyə yaxın olsalar da, sonluğu gətirə bilmirlər. Fransa yalnız bir səbəbdən açıq-aydın favoritdir ki, onlarda dünyanın digər ölkələrindən daha çox yüksək səviyyəli hücumçu var", - deyə  vurğulayıb.
Məlumat üçün bildirə ki, hazırkı dünya çempionları Argentina 2022-ci il turnirinin finalında Fransanı (penaltilərdən sonra 3-3, 4-2) məğlub ediblər.