Bu gün futbol üzrə Vaşinqtondakı Con Kennedi adına İfa Sənətləri Mərkəzində təşkil olunacaq dünya çempionatının püşkatma mərasimidə iştirak edəcək qonaqlardan bəzilərini adları açıqlanıb. Tdəbirin təşkilat Komitəsinin yaydığı məlumata görə, mərasimdə Həmçinin, ABŞ Prezidenti Donald Tramp, Meksika Prezidenti Klaudiya Şeynbaum və Kanada Baş naziri Mark Karninin iştirak edəcəyi açıqlanıb. Bundan başqa Milli Hokkey Liqasının (NHL) müntəzəm mövsümünün bütün zamanların ən çox qol vuran oyunçusu kanadalı Ueyn Qretzki, amerika futbolu üzrə yeddi Super Kubokun keçmiş qalibi Tom Bredi, Basketbol üzrə dördqat NBA çempionu Şakil ONil, beysbol üzrə üçqat Böyük Liqa Beysbolunun (MLB) «ən dəyərli oyunçu» nominasiyasının qalibi Aaron Cajc da qonaq qismində mərasimə dfəv alıblar. Məlumat üçün bildirək ki, püşkatma mərasimi Bakı vaxtilə saat 21:00-da başlayacaq.
Püşkatma mərasiminə dəvət alan qonaqların adları açıqlanıb


