Donçiç ikinci övladını görmək üçün vətəninə yollanıb

Donçiç ikinci övladını görmək üçün vətəninə yollanıb

“Los Anceles Leykers” 26 yaşlı sloveniyalı basketbolçusu Luka Donçiç ikinci qızının dünyaya gəlməsi səbəbindən “Toronto Raptors” (123:120) ilə oyunu buraxıb. 24ur.com saytının məlumatına görə, Luka çərşənbə günü “Phoenix Suns” (108:125) ilə oyundan sonra Sloveniyaya uçub. O, doğuş zamanı həyat yoldaşı, sloveniyalı model Anamariya Qoltesin yanında olmağı üstün tutub.